Axtarışda olan oğru həbs edildi

22 Yanvar 2019 13:04 (UTC+04:00)

Sumqayıtda axtarışda olan şəxs tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olan Elçin Musayev saxlanılıb.

Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun yanvarın 4-də şəhər sakini olan bir qadının içərisində 365 manat, qızıl əşyalar və sənəd olan çantasını oğurlaması da müəyyən edilib.

AzNews.az