Kremldə Ərdoğanı gözləyirlər - Sabah görüş olacaq

22 Yanvar 2019 13:04 (UTC+04:00)

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Rusiya prezidenti Vladimir Putin 2018-ci ildə 7 dəfə baş-başa, 18 dəfə telefon danışığından sonra 2019-cu ilin ilk görüşməsini sabah reallaşdıracaq.

AzNews.az xəbər verir ki, Türkiyə prezidenti Rusiyanın paytaxtı Moskvaya sabah edəcəyi səfərdə Putin ilə görüşəcək.

Heyətlər arası görüşün də keçiriləcəyi planlaşdırılır.

İki lider Türkiyə-Rusiya münasibətləri ilə yanaşı Suriya başda olmaqla bəzi regional və beynəlxalq mövzuları müzakirə edəcəklər.

Pərvanə Ağazadə

AzNews.az