Qaradağ sakini tapança ilə tutuldu

22 Yanvar 2019 13:06 (UTC+04:00)

Qaradağ sakinindən odlu silah götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, Qaradağ RPİ 10-cu PB əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Lökbatan qəsəbə sakini Naib Xəlilovdan nömrəsi silinmiş “Revolver” tipli tapança götürülüb.

Faktla bağlı Qaradağ RPİ-nin İstintaq Şöbəsində cinayət məcəlləsinin 228.1-ci maddəsi ilə cinayət işi başlanıb.

AzNews.az