Ronaldo antirekorda görə Messiyə çatdı - VİDEO

22 Yanvar 2019 13:22 (UTC+04:00)

Portuqaliya yığmasının və İtaliyanın “Yuventus” klubunun hücumçusu Kriştianu Ronaldo argentinalı futbolçu Lionel Messinin antirekordunu təkrarlayıb.

O, İtaliya çempionatının 20-ci turu çərçivəsində “Kyevo”ya qarşı matçda təyin olunmuş penaltini yerinə yetirə bilməyib.

Bununla da portuqaliyalı uğursuz penaltilərinin sayına görə Messiyə çatıb. Hər iki futbolçunun hesabında 25 uğursuz penalti var.

Xatırladaq ki, Ronaldo karyerası ərzində 11 metrlik cərimə zərbələrindən 108, Messi isə 139 qol vurub.(oxu.az)

© AzNews.az