Bunlar yanlış məlumatlardır - Penitensiar xidmət

22 Yanvar 2019 13:25 (UTC+04:00)

Penitensiar xidmət bəzi kütləvi informasiya vasitələrində bir neçə məhbusun aclıq aksiyası keçirməsi barədə yayılan məlumatlara münasibət bildirib.

Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov bildirib ki, hazırda qurumun tabeçiliyində olan istintaq təcridxanalarında və cəzaçəkmə müəssisələrində heç bir məhkum və həbs edilmiş şəxs aclıq aksiyası keçirmir.

“Bunlar yanlış məlumatlardır və ictimai fikri çaşdırmağa yönəlib”, - deyə, M.Sadıqov əlavə edib.(report.az)

© AzNews.az