Dərd unudulmaz, amma paylaşdıqca azalar - İbrahim Tatlıses

22 Yanvar 2019 14:31 (UTC+04:00)

AzNews.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bir həftə əvvəl anasını itirən türkiyəli müğənni İbrahim Tatlıses öz İnstagram profilində anası ilə şəkil paylaşıb və ona dəstək olanlara təşəkkür edib.

“Dərd unudulmaz, amma paylaşdıqca azalar. Bu gün canım anam Leyla Sultanımın yeddisidir. Acımızı mənimlə və ailəmlə paylaşan hörmətli prezidentimizə, hökumət səlahiyyətlilərinə, siyasət, sənət, mətbuat və iş dünyasından olan dəyərli dostlarıma təşəkkür edirəm. Cənazəmizə doğulduğum Şanlıurfadan, o cümlədən xaricdən gələn dostlarıma minnətdaram. Allah anam üçün etdiyiniz duaları qəbul etsin. Yaxşı ki, varsınız, sağ olun, var olun”.

Nigar CƏFƏR

AzNews.az