Nazilə yenidən gündəmdə - "Millət vəkili olacağam"

22 Yanvar 2019 16:17 (UTC+04:00)

Son zamanlar tez-tez gündəmi zəbt edən şairə Nazilə Səfərli yenidən iddialı açıqlama verib.

Şairə sosial şəbəkədə millət vəkili olmaq istədiyini deyib: “Millət vəkili olacağam, qərar verilmişdir. Kim inanır? Kim güvənir? Kimin gözü götürmür? Kim inanmır?”.

Onun paylaşımı isəbirmənalı qarşılanmayıb və müzakirələrə səbəb olub. İzləyicilərin bir qismi onu dəstəkləsə də, bir qismi tənqid edib.

Qeyd edək ki, xalq artisti Faiq Ağayev də növbəti seçimlərdə millət vəkili olmaq istədiyini açıqlamışdı. (Musavat.com)