Əli Mirəliyev: Mən o pişiyi atmamışam - VİDEO

22 Yanvar 2019 17:33 (UTC+04:00)

Əli Mirəliyevin ARB TV-nin "Səhər-səhər" proqramında pişiklə bağlı açıqlaması heyvansevərlərin etirazına səbəb olub.

Məsələ ilə bağlı "ARB Media Qrup"un mətbuat xidmətinin rəhbəri Ozal İbrahimli açıqlama verib:

"Əli Mirəliyevin özü "Səhər-səhər" proqramının bu günkü buraxılışında bu haqda danışıb. O bildirib ki, uşaqlıqda olan bir hadisədir və o, pişiyi atmayıb. Binanın damında quşa hücum etmək istəyən pişik görüb və müdaxilə etmək istəyib. Quşu xilas edərkən pişik qaçıb və düşüb aşağı. Sadəcə mövzunu tam izah edə bilməyən Əli Mirəliyevin bu sözləri heyvansevərlər tərəfindən birmənalı qarşılanmayıb. "Səhər-səhər" verilişi şou xarakterli səhər proqramı olduğu üçün aparıcı Elgiz Əkbər də müğənni Əli Mirəliyevlə zarafat edib. Mövzunu tam olaraq izləmək üçün bu günkü efirimizdən Əli Mirəliyevin açıqlamasını belə dinləyə və izləyə bilərsiniz".

AzNews.az