Bakıda fəaliyyət göstərən “BakuBus” avtobuslarının sayı açıqlandı

22 Yanvar 2019 17:53 (UTC+04:00)

Hazırda paytaxtda 270 "BakuBus" avtobusları fəaliyyət göstərir.

Bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) idarə heyətinin sədri Vüsal Kərimli deyib.

O bildirib ki, hazırda "BakuBus" MMC-nin tabeliyində 300 avtobus var və 270-i fəaliyyət göstərir, 30-u isə ehtiyatdadır. Ümumilikdə isə paytaxtda 2100 avtobus fəaliyyət göstərir. (Azərtac)