Azərbaycanlı Rusiyada axtarışda idi - Qazaxıstanda saxlanıldı

22 Yanvar 2019 17:56 (UTC+04:00)

Rusiyada axtarışda olan azərbaycanlı, 1978-ci il təvəllüdlü Əliyev Nuru Baxşı oğlu Qazaxıstanın Pavlodar şəhərində saxlanılıb.

Saxlanılan azərbaycanlı quldurluq və oğurluq cinayətlərini törədən mütəşəkkil dəstənin üzvü olması ilə ittiham olunur.

Onunla bərabər digər azərbaycanlı da axtarışa verilib. Saxlanılan azərbaycanlının Rusiyanın hüquq-mühafizə orqanlarına təhvil verilməsi nəzərdə tutulub. (Report)