Prezident iqamətgahına avtomobillə hücum etdi - Varşavada

22 Yanvar 2019 20:35 (UTC+04:00)

Varşavada 36 yaşlı naməlum şəxs minik avtomobilini bilərəkdən prezident iqamətgahının darvazısına çırpıb.

Polis dərhal şübhəlini saxlamağa çalışıb. Ancaq bu dəfə o, avtomobili polis maşınına çırpıb. Xəsarət alan polis xəstəxanaya yerləşdirilib. Şübhəli isə ələ keçirilib.

Məlumatı Polşa prezidentinin mətbuat xidməti və hökumətin mühafizə xidməti təsdiqləyib. (qafqazinfo)

AzNews.az