Kris Braun Parisdə həbs olundu

22 Yanvar 2019 21:27 (UTC+04:00)

Amerikalı repçi Kris Braun Fransanın paytaxtı Paris şəhərində həbs olunub.

Buna səbəb adı açıqlanmayan 24 yaşlı qız tərəfindən polisə daxil olan şikayət olub.

O, müğənnini, onun dostunu və cangüdənini təcavüzdə ittiham edir. Şikayətçinin sözlərinə görə, hadisə yanvarın 16-da "Mandarin Oriental Hotel"də baş verib. (report)

AzNews.az