Bakıda "Toyota" tüstüləndi - FOTOLAR

22 Yanvar 2019 22:47 (UTC+04:00)

Paytaxtda avtomobildə tüstülənmə hadisəsi olub.

Hadisə metronun "Elmlər Akademiyası" stansiyası yaxınlığında baş verib.

Mərkəzi Elmi Kitabxananın yaxınlığında park edilmiş "Toyota Prado" markalı avtomobildə tüstülənmə başlayıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri cəlb edilib. Avtomobildə tüstülənmənin qarşısı alınıb. (trend)

AzNews.az