İlham Əliyev və Nikol Paşinyanın Davosda qeyri-rəsmi görüşü olub

22 Yanvar 2019 22:54 (UTC+04:00)

Yanvarın 22-də Davos Dünya İqtisadi Forumu çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanın qeyri-rəsmi görüşü olub.

AzNews.az AZƏRTAC-a istinadən xəbər verir ki, görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlar prosesinin cari vəziyyəti müzakirə edilib.

AzNews.az