"Canlı bombayam, özümü partladacağam" deyib polisə zəng etdi

23 Yanvar 2019 10:27 (UTC+04:00)

Türkiyənin Adana bölgəsində bir nəfər avtobus dayanacağındakı taksofondan "155" polis mərkəzinə zəng vurub və "Canlı bombayam, özümü partladacağam" deyib.

AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, az keçməmiş avtobus dayanacağına çoxlu sayda polis gəlib və həmin şəxsi saxlayıb.

Polislər şübhəlini məntəqəyə aparıb axtarış aparsalar da, heç nə tapmayıblar.

Polis maşınına minən zaman jurnalistlərin "Özünü niyə canlı bomba kimi şikayət etdin?" sualına o, belə cavab verib:

"O, muxtar oldusa, mən də vali olacam".

Pərvanə Ağazadə

AzNews.az