Qayınana polisə müraciət etdi: "Gəlin evdən gedib və..."

23 Yanvar 2019 11:23 (UTC+04:00)

Şəkidə 27 yaşlı gəlin itkin düşüb.

AzNews.az-ın məlumatına görə, rayon sakini Aynur Mahbubova Şəki rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək gəlini, 1992-ci il təvəllüdlü Razmiyyə Abbasovanın 2 gün əvvəl yaşadıqları evdən çıxaraq naməlum istiqamətə getdiyi və bir daha geri qayıtmadığını bildirib.

Faktla bağlı rayon Polis Şöbəsində araşdırmalara başlanıb.

Azər
AzNews.az