Mebel sexi yandı

23 Yanvar 2019 11:28 (UTC+04:00)

Sumqayıt şəhərində yanğın hadisəsi qeydə alınıb.

AzNews.az FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 100 m² olan tikilinin (mebel sexi kimi fəaliyyət göstərir) içərisində taxta tullantıları 25 m² sahəsi yanıb.

Tikilinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

AzNews.az