Bakı şəhərində yanğın hadisəsi qeydə alınıb.
AzNews.az FHN-ə istinadən xəbər verir ki, Nərimanov rayonunda inşaat materiallarının topdan və pərakəndə satış mərkəzinin ərazisində yanğın hadisəsi baş verib.
Yanğın zamanı ümumi sahəsi 400 m² olan talvarın altına yığılmış taxta materiallar 300 m² sahədə yanıb. Taxta materialların qalan hissəsi və yaxınlıqdakı ticarət obyektləri yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
AzNews.az