Gürcüstanda daha iki nəfər qripdən öldü

23 Yanvar 2019 11:35 (UTC+04:00)

Ölənlərdən biri 48 yaşlı qadın, digəri isə 33 yaşlı kişidir.

Qadın Batumi xəstəxanalarının birində, kişi isə Türkiyənin Trabzon şəhərində dünyasını dəyişib. Gənc Batumidə xəstəxanada müalicə olunsa da, yaxınları daha sonra onu Trabzona aparıb.

Hər iki şəxsin ölümünə “donuz qripi” adlandırılan A (H1N1) virusunun səbəb olub-olmadığını ekspertiza müəyyən edəcək.

Xatırladaq ki, bu günə qədər qonşu ölkədə 19 nəfərin “donuz qripi”ndən ölməsi laboratoriya şəraitində təsdiq olunub.(report.az)

© AzNews.az