İndoneziyada daşqın və sürüşmə 6 can aldı

23 Yanvar 2019 12:27 (UTC+04:00)

İndoneziyanın Cənubi Sulavesi vilayətində daşqın və torpaq sürüşməsi nəticəsində azı 6 nəfər ölüb, 10 nəfər itkin düşüb.

RİA "Novosti" xəbər verir ki, daşqın və sürüşmələrə leysan yağışları nəticəsində çayın səviyyəsinin artması səbəb olub.

Təbii fəlakətdən daha çox 6 nəfərin öldüyü Qova rayonu əziyyət çəkib.

Daşqın nəticəsində onlarla ev və bir neçə körpüyə ziyan dəyib.

Yerli səlahiyyətlilər insanları təxliyyə edir və xəsarət alanlara kömək göstərirlər.(report.az)

© AzNews.az