Cibgir qadın saxlanıldı

23 Yanvar 2019 12:41 (UTC+04:00)

Paytaxtda oğurluq edən qadın tutulub.

AzNews.az xəbər verir ki, Nəsimi RPİ 19-cu PŞ-nin əməkdaşları tərəfindən paytaxt sakini olan bir qadının içərisində 350 manat və bank kartları olan pul kisəsini oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Nərgiz Ağammədova saxlanılıb.

O, polisə ifadəsində törətdiyi əməli etiraf edib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

AzNews.az