Törətdiyi qəzanın qurbanı oldu...

23 Yanvar 2019 12:44 (UTC+04:00)

Suraxanı rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə Daxili İşlər Nazirliyindən AzNews.az-a məlumat yayıb.

Belə ki, yanvarın 22-də saat 4 radələrində Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində Bakı şəhər sakini Əhməd Babayev idarə etdiyi “Daewoo” markalı avtomobili yol ayırıcısına vurub.

Xəstəxanaya yerləşdirilmiş sürücü orada ölüb.

AzNews.az