Bakıda intihara cəhd

23 Yanvar 2019 12:45 (UTC+04:00)

Abşeron rayonunda intihara cəhd hadisəsi qeydə alınıb.

AzNews.az FHN-ə istinadən xəbər verir ki, Mehdiabad qəsəbəsində 1 nəfər yeddimərtəbəli binanın damına çıxaraq intihar etmək niyyətini deyib. Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Xilasedicilər tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb.

Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.

AzNews.az