Məşhur futbolçu I Divizion klubunda oynayacaq

23 Yanvar 2019 13:49 (UTC+04:00)

35 yaşlı yarımmüdafiəçi karyerasını vətənində I Divizion təmsilçisi “Estremadura”da davam etdirəcək. O, yeni klubu ilə 6 aylıq müqavilə bağlayıb.

Hazırda düşmə zonasında olan “Estremadura” 21 xalla 19-cu pillədə qərarlaşıb.

Qeyd edək ki, Reyesin son iş yeri Çinin “Sintszyan Tyançan Leopard” klubu olub. O, İspaniyanın “Real Madrid”, “Atletiko”, “Sevilya”, “Espanyol”, “Kordoba”, eləcə də İngiltərənin “Arsenal” və Portuqaliyanın “Portu” komandalarının formasını geyinib.(report.az)

© AzNews.az