Gəncləri işə götürən sahibkarlara güzəştlər ediləcək

23 Yanvar 2019 13:53 (UTC+04:00)

"Hazırda həm qanunvericiliyə, həm də peşə təhsili ilə bağlı bu yaxınlarda qəbul edilən strateji yol xəritəsinə uyğun olaraq işəgötürənlərin stimullaşdırılması ilə bağlı mexanizm hazırlanır".

Bunu peşə təhsili üzrə Dövlət Agentliyinin şöbə müdiri Zamin Bədirxanov "Gənclərin məşğulluğu: işəgötürənlərin baxışı, çağırışlar və perspektivlər" mövzusunda keçirilən konfransda deyib.

Onun sözlərinə görə, bu mexanizm peşə və peşə təlimi müəssisələri ilə əməkdaşlıq edən işəgötürənlərə şamil olunacaq: "Onların əməkdaşlıq səviyyəsindən asılı olaraq müəyyən güzəştlərin olması nəzərdə tutulur".(report.az)

© AzNews.az