Qadın uşağını avtovağzalda dünyaya gətirdi

23 Yanvar 2019 13:58 (UTC+04:00)

Polis və avtovoğzal əməkdaşlarının köməyi nəticəsində doğuş prosesi uğurla başa çatıb.

Polis əvvəlcədən təcili yardıma zəng etsə də, həkimlər olay yerinə gec çatıblar. Lakin həkimlərin dediklərinə görə, doğuş problemsiz yekunlaşıb.

Hazırda xəstəxanada olan ana və uşaq özünü yaxşı hiss edir.

Ana ona kömək edən polisin şərəfinə oğluna Oleq adını verib.

Qeyd edək ki, hadisə Rusiyanın Krasnodar vilayətində olub.(teleqraf.com)

© AzNews.az