İsrailli jurnalist ölümlə təhdid etdi - İsveçli nazir ağladı

23 Yanvar 2019 15:48 (UTC+04:00)

İsveçin xarici işlər naziri Margot Vallström israilli jurnalist Zvi Zameretin keçən il onu ölümlə təhdid etdiyi məqaləsini oxuduqdan sonra ağladığını göstərən sənədli film yayımlanıb.

AzNews.az Türkiyə mediasına istinadən xəbərr verir ki, Vallstörmün 4 illik xidmət müddətində işlərindən danışan sənədli filmdə ən diqqət çəkən məqam nazirin Zameret tərəfindən yəhudi düşməni elan edildiyi və ölümlə təhdid edildiyi hissə olub.

Filmdə israilli jurnalistin təhdidini kameraların qarşısında öyrənən və sözügedən məqaləni oxuyan Vallstörmün ağladığı görsənir.

İsveçli nazir bundan sonra verdiyi açıqlamada günlük həyatında və işində təhdidlərdən qorxmadığını bildirib:

"Etdiklərimdən peşman deyiləm. Təhdidlər məni yolumdan döndürə bilməz".

Pərvanə Ağazadə

AzNews.az