Putin bu gün işdən gec çıxacaq - Qonağı var

23 Yanvar 2019 16:35 (UTC+04:00)

Rusiya prezidentinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın görüşü ilə bağlı danışıb.

AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, Peskov Putinin gününü rus-türk münasibətlərinə ayıracağını, Ərdoğan ilə Suriyadakı məsələlərdən danışacaqlarını bildirib.

Onların əvvəlcə təklikdə, ardınca iş yeməyi formatında görüşlərin rus və türk heyətləri ilə davam edəcəyini qeyd edib:

"Axırda açıqlama verəcəkləri və jurnalistlərin suallarına cavab verəcəkləri mətbuat konfransı təşkil olunacaq. Bu planların çox gec bitəcəyini düşünürük. Putin bu gün işdən gec çıxacaq".

Pərvanə Ağazadə

AzNews.az