“İnter” futbolçusunu 40 milyon avroya satır

23 Yanvar 2019 16:21 (UTC+04:00)

“Corriere Della Sera” xəbər verir ki, Milan təmsilçisi 29 yaşlı yarımmüdafiəçiyə 40 milyon avro qiymət qoyub.

Xorvatiyalı dünya çempionunun xidmətində İngiltərənin “Mançester Yunayted” və İspaniyanın “Atletiko” klublarının maraqlı olduqları bildirilir.

Qeyd edək ki, Perişiç 2015-ci ildən “İnter”də çıxış edir. O, cari mövsümdə A seriyasında 18 oyuna 3 qol vurub və 2 məhsuldar ötürmə verib.(report.az)

© AzNews.az