Təcavüzdə təqsirləndirilən müğənni sərbəst buraxıldı

23 Yanvar 2019 16:31 (UTC+04:00)

AzNews.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu haqda informasiyanı Paris prokurorluğu yayıb.

Bir qadının şikayətinə görə Fransada saxlanılan ABŞ-lı müğənni Chris Broun və iki nəfər sərbəst buraxılıb.

Prokurorluq Brounun istintaqının davam etdiyi müddətdə Fransadan uzaqlaşmağının problem olmadığını deyib.

29 yaşlı Grammy mükafatlı müğənni Broun 2009-cu ildə sevgilisi Rihannanı döydüyü üçün məhkəməyə çıxarılıb. Məhkəmə onu 5 il nəzarətdə saxlamaq, 1 il ailə məsləhətçisi yanına getmək şərti ilə azadlığa buraxıb.

Nigar CƏFƏR

AzNews.az