“Qarabağ münaqişəsinin həll olunacağına optimist yanaşıram” - Finlandiya prezidenti

23 Yanvar 2019 16:43 (UTC+04:00)

Finlandiya ATƏT-in Minsk Qrupunun Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi üçün apardığı fəaliyyətini dəstəkləyir.

Bunu Avropa Şurası Parlament Assableyasının (AŞPA) qış sessiyasında Finlandiya Prezidenti Sauli Niinistö Azərbaycanın AŞPA-da nümayəndə heyətinin üzvü, deputat Rafael Hüseynovun sualına cavab olaraq bildirib.

Finlandiya Prezidenti bildirib ki, Dağlıq Qarabaq münaqişəsinin həll olunacağına indiki məqamda optimist yanaşır. O qeyd edib ki, əvvəllər o bu məsələdə optimist olmasa da bu gün buna çox inanır. Lakin prezident Dağlıq Qarabağ münaqişəsinin həllində Ermənistan və Azərbaycanın hər zaman olduğu kimi bu gün də əsas aktyorlar olaraq qaldıqlarını vurğulayıb.(report.az)

© AzNews.az