“Gazprom” Azərbaycanda nümayəndəlik açdı

23 Yanvar 2019 16:46 (UTC+04:00)

Rusiyanın "Gazprom" İctimai Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasında nümayəndəliyi dövlət qeydiyyatına alınıb.

“Vergilər” qəzeti xəbər verir ki, ötən ilin dekabrın 18-də dövlət qeydiyyatına alınan nümayəndəliyin hüquqi ünvanı Bakı şəhəri Nəsimi rayonu, Rəsul Rza ev.75-də yerləşir.

Nümayəndəliyin qanuni təmsilçisi Rusiya Federasiyası vətəndaşı Maksut Anderjanovdur.

© AzNews.az