İrəvanda taksi sürücüləri etiraz aksiyası keçirirlər

23 Yanvar 2019 16:49 (UTC+04:00)

Ermənistan paytaxtı İrəvanda taksi sürücüləri etiraz aksiyasına çıxıblar, onların əsas tələbi sürücülər üçün xırda qayda pozuntulara görə cərimələrin ləğv edilməsidir.

"Avtomobil sahiblərinin müdafiəsi liqası" QHT-nin sədri Tiqran Ovhannisyan şəhər meriyası qarşısında keçirilən aksiyada bildirib ki, taksi sürücülərinin qazancları onsuz da az olduğundan onları cərimələrlə boğmaq olmaz.

"Buna görə pul itiririk, pul qazanmaq üçün başqa imkanımız da yoxdur. Daha doğrusu, var, sadəcə, onu da şəhər meriyası ələ keçirib", - o əlavə edib.(report.az)

© AzNews.az