4 cinayətə görə axtarışda olan şəxs tutuldu

23 Yanvar 2019 17:38 (UTC+04:00)

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, əməliyyatı Gəncənin Nizami (Gəncə) Rayon Polis İdarəsinin əməkdaşları həyata keçirib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 144-2 (məcburi əmək), 144-3 (İnsan alveri məqsədi ilə sənədlərlə qanunsuz hərəkətlər) və 150-ci (Seksual xarakterli zorakılıq hərəkətləri) maddələri ilə axtarışda olan Arzu Tağıyev, Sahib Tağıyev və B.Tağıyeva, Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olan Məhərrəm Bayramov saxlanılıblar.

© AzNews.az