Bakıda 13 yaşlı uşaq itkin düşüb.
Hadisə paytaxtın Binəqədi rayonu, 6-cı mikrorayon, Kazımovski küçəsində yerləşən Əlillərin Bərpa Mərkəzində baş verib.
Sabirabad rayonu Moranlı kənd sakini, 2005-ci il təvəllüdlü Hüseynli Amin Əziz oğlu yanvarın 21-də saat 13 radələrində Əlillərin Bərpa Mərkəzindən çıxaraq naməlum istiqamətə gedib və bir daha geri qayıtmayıb.
Faktla bağlı araşdırma aparılır. (trend)
AzNews.az