“Ay bədbəxt, pəncərəni bağla...” - Afət Fərmanqızına ismarıc

24 Yanvar 2019 10:53 (UTC+04:00)

Müğənni Afət Fərmanqızı ictimai qınağa tuş gəlib.

AzNews.az xəbər verir ki, sənətçi dahi İmadəddin Nəsiminin qəzəlindən hazırladığı “Pəncu-şeş” adlı mahnı ifa edib. O, həmin mahnını “YouTube” kanalında yerləşdirib.

Afət Fərmanqızının bu ifası sosial şəbəkələrdə böyük müzakirəyə səbəb olub. İctimai qınağa tuş gələn ifa izləyiciləri əsəbiləşdirib.

Nərmin adlı izləyici Afət Fərmanqızına məsləhət verib:

“Biabırçılıq… Rəzalət…Bizə düşmən lazım deyil. Bu bədbəxtlər mediaya çıxıb bizi biabir edirlər. Dahinin əsərini “şakka-şuruq” mahnıya çevirib, bu tərzdə ifa etmək….Ay bədbəxt, evində pənçərəni bağla, özün üçün nə qədər istəyirsən oxu, çək… bu nədir? İndiki uşaqlar bu musiqini nə eşidib? Nəsimi haqqında bu şəkildə öyrənmək nə qədər düzgündür?”

AzNews.az