Axtarışda olan seksual manyak həbs edildi

24 Yanvar 2019 11:27 (UTC+04:00)

Bakıda axtarışda olan seksual manyak tutulub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən AzNews.az-a verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 150-ci (seksual xarakterli zorakılıq hərəkətləri) və 180-ci (soyğunçuluq) maddələri ilə axtarışda olan R.İsayev saxlanılıb.

AzNews.az