"Renault"un başçısı rəsmən postunu tərk etdi

24 Yanvar 2019 11:41 (UTC+04:00)

Yaponiyada həbs edilən Karlos Qonun Renault - Nissan - Mitsubishi avtomobil alyansının rəhbəri postunu tərk edib.

AzNews.az xəbər verir ki, bu barədə Fransanın iqtisadiyyat və maliyyə naziri Bruno Le Mer Bloomberg-ə müsahibəsində açıqlayıb.

Karlos Qon postunu yanvarın 23-ü axşam radələrində tərk edib.

Onun yerinə Michelin şirkətinin rəhbəri Jan-Dominik Senar təyin oluna bilər.

Fəridə Abdulla

AzNews.az