Tanınmış aktyor qızıl külçəsi almaq istədi - Pulu çatmadı

24 Yanvar 2019 12:27 (UTC+04:00)

Türkiyənin məşhur aktyoru, "Çukur" serialının "Vartolu"su Erkan Kolçak Köstendil qızıl külçəsi almaq üçün alış-veriş mərkəzinə yollanıb və kameralara yaxalanıb.

AzNews.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, qızıl külçəsi alan zaman üzərində böyük məbləğin olmadığını bildirib və mağazanın əsas şirkətinə ödəmək cəhdi də uğursuz alınıb.

Aktyor həyat yoldaşı Cansu Tosunla birlikdə müxbirlərin suallarına cavab vermədən uzaqlaşıb.

Nigar CƏFƏR

AzNews.az