Hokkeyçi oyun zamanı hakimin ayağını sındırdı - VİDEO

24 Yanvar 2019 12:15 (UTC+04:00)

Rusiyanın “Vityaz” – “Torpedo” hokkey komandaları arasında baş tutan qarşılaşma zamanı xoşagəlməz hal yaşanıb.

Lenta.ru xəbər verir ki, Nijeqorod klubunun hücumçusu Danil Veryayev oyun zamanı hakim Eduard Odinş ilə toqquşub.

Toqquşma nəticəsində hakimin ayağı sınıb. Hakim dərhal xəstəxanaya çatdırılıb.

Qarşılaşma “Torpedo”nun 6:0 hesablı qələbəsi ilə başa çatıb.(oxu.az)

© AzNews.az