Azərbaycan ərəb ölkələrinə süd məhsulları satacaq

24 Yanvar 2019 12:21 (UTC+04:00)

Bunu Azərbaycan Süd və Süd Məhsulları İstehsalçıları və İxracatçıları Assosiasiyasının İdarə Heyətinin sədri Samir Eyyubov bildirib.

Onun sözlərinə görə, yerli süd bazarındakı vəziyyət, məhsulların satışı ilə bağlı problemlər emal müəssisələrini ixrac barədə düşünməyə vadar edib.

"Söhbət əsasən pendir ixracından gedir. İxrac üçün hazırdlıq görülür və yaxın zamanlarda həyata keçirilməsi planlaşdırılır”,- S.Eyyubov deyib.(report.az)

© AzNews.az