Malayziyada V Muhammed taxtdan gedəndən sonra ölkənin yeni kralı məlum olub.
AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, Malayziya kralı Sultan V Muhammed taxtdan gedəndən sonra ölkənin yeni kralı Tengku Abdullah olub.
Tengku Abdullah Malayziyanın 16-cı kralıdır.
Abdullah eyni zamanda Beynəlxalq Futbol Federasiyaları Birliyinin üzvüdür.
Şahzadəliyini 44 ildir saxlayan Abdullah İngiltərədəki Galler şahzadəsi Çarlzdan sonra ən uzun müddət şahzadə olan krallıq nümayəndəsidir.
Pərvanə Ağazadə
AzNews.az