Mingəçevir və Lənkəranda odlu silahlar aşkar edilib

24 Yanvar 2019 12:56 (UTC+04:00)

Mingəçevir və Lənkəran şəhərlərində odlu silahlar aşkar edilərək götürülüb.

DİN-dən AzNews.az-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında Mingəçevir Şəhər Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şössesindən 1 ədəd “F-1”, 2 ədəd “RQD-5” markalı qumbaralar və 53 ədəd patron tapılıb

Lənkəran Şəhər Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş N.Cəfərovdan 1 ədəd qumbara və 1 ədəd nömrəsi silinmiş, qundağı və lüləsi kəsilmiş “İJ-16” markalı tüfəng aşkar edilərək götürülüb. Araşdırma aparılır.

AzNews.az