Milli qəhrəmana həsr olunmuş sənədli film təqdim olunacaq

24 Yanvar 2019 12:56 (UTC+04:00)

28 yanvar tarixində saat 12:00-da Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Hava Yollarının və Milli Aviasiya Akademiyasının təşkilatçılığı ilə həmin Akademiyada “Viktor Seryoqin” sənədli filminin təqdimatı keçiriləcək.

AzNews.az-ın məlumatına görə, film Azərbaycanın Milli Qəhrəmanı Viktor Seryoqinə həsr edilib.

“Azərbaycanın Milli Qəhrəmanları” silsiləsi çərçivəsində “Salnaməfilm studiyası”nda çəkilən filmin rejissoru Cəmil Fərəcov, operatoru Nizami Abbasdır.

AzNews.az