Quterreş Venesueladakı siyasi qüvvələrə çağırış etdi

24 Yanvar 2019 13:21 (UTC+04:00)

A.Quterreş bu çağırışı Davosda Dünya İqtisadi Forumunda edib.

O, dialoqun mümkünlüyünə inandığını bildirib:

“Bu, ölkə əhalisi və region üçün faciəyə çevriləcək münaqişənin qarşısının alınması üçün vacibdir”.

Qeyd edək ki, daha əvvəl Venesuela Milli Assambleyasının sədri və müxalifət lideri Xuan Quaydo özünü prezidentin vəzifəsini icra edən elan edib. ABŞ Prezidenti Donald Tramp X.Quaydonu artıq Venesuelanın müvəqqəti prezidenti kimi tanıyıb.(trend.az)

© AzNews.az