Oliqarxın müəmmalı ölümü artıq araşdırılmır

18 Aprel 2013 20:20 (UTC+04:00)


Rusiyalı oliqarx Boris Berezovskinin müəmmalı ölümü ilə bağlı aparılan araşdırma dayandırılıb. Bu barədə məlumatı Britaniya polisi verib. Polisin məlumatına görə, təhqiqatın dayandırılmasına səbəb ekspertizanın nəticələrinin hələ elan edilməməsi olub.

Ekspertiza nəticələrinin açıqlanmasını gözlədiklərini bildirən polis təhqiqatın məhz bu nəticələrə əsasən davam etdiriləcəyini vurğulayıb.
Xatırladaq ki, rusiyalı oliqarx martın 23-də Britaniyadakı evində ölü tapılıb.

Elnarə
AzNews.az