Teymur Rəcəbov Maqnus Karlsenlə qarşılaşacaq

24 Yanvar 2019 13:36 (UTC+04:00)

Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarov və Teymur Rəcəbovun da iştirak etdikləri “Tata Steel Masters 2019” turnirində sabah on birinci turun oyunları keçiriləcək.

10 turun nəticəsinə görə, Teymur Rəcəbov 5 xalla 6-7-ci, Şəhriyar Məmmədyarov 4 xalla 12-13-cü yerləri bölüşürlər.

Şəhriyar Məmmədyarovu növbəti turda Santoş Viditlə qarşılaşma gözləyir. Digər təmsilçimiz Teymur Rəcəbov dünya şahmat tacının sahibi Maqnus Karlsenlə üz-üzə gələcək. Teymur Rəcəbovu ilk beşlikdən 1 pillə ayırır.

Dünya çempionu Maqnus Karlsen isə 7 xalla turnir cədvəlinin lideridir. Ondan yarım xal geridə olan Aniş Giri ikinci pillədə qərarlaşıb.

Bu gün şahmatçılar üçün istirahət günü olduğundan növbəti turun oyunlarına sabah start veriləcək.(AZƏRTAC)

© AzNews.az