Sevinc Elsevərin imza günü keçiriləcək

24 Yanvar 2019 13:44 (UTC+04:00)

Sevinc Elsevər oxucular üçün “Çörək rəngli əllər” şeir kitabını imzalayacaq.

AzNews.az-ın məlumatına görə, kitabda Sevinc Elsevərin son beş ildə yazdığı şeirləri toplanıb.

Təqdimat mərasimi 26 yanvar, saat 16:00-da, Ünvan: Ağadadaş Qurbanov, 5 küçəsində yerləşən “Balaca” kafesində baş tutacaq.

Maraqlanan oxucular imzalı kitab əldə edə bilərlər.

AzNews.az