“Toyota” 1,3 milyona yaxın avtomobili geri çağırdı

24 Yanvar 2019 15:19 (UTC+04:00)

Qərar avtomobillərdə Yaponiyanın "Takata" şirkətinin istehsalı olan təhlükəsizlik yastıqlarının dəyişdirilməsi ilə əlaqədardır.

Qeyd olunur ki, "Takata"nın təhlükəsizlik yastıqları qəza zamanı həddən çox böyük qüvvə ilə açıla və sürücünü metal və plastik hissəciklərin zərbəsinə məruz qoya bilər.

Qəzalar zamanı həmin insidentlər nəticəsində 23 nəfərin həlak olduğu, yüzlərlə şəxsin xəsarət aldığı deyilir.(trend.az)

© AzNews.az