Polşalı nazir Bakıya gəlir

24 Yanvar 2019 15:38 (UTC+04:00)

Polşanın sahibkarlıq və texnologiya naziri Yadviqa Emileviç Azərbaycana səfər edəcək.

Nazirin səfəri bu ilin aprel ayına planlaşdırılır.

Səfər çərçivəsində Y.Emileviç Bakıda keçiriləcək biznes forumda iştirak edəcək.

Onu Polşadan olan biznes nümayəndə heyəti müşayiət edəcək.(report.az)

© AzNews.az